Yazını böyüt
Yazını kiçilt
Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevdən serb xüsusi təyinatlı bölmələrinin hazırlığında kömək göstərməsini xahiş edib.
Hafta.az xəbər verir ki, bu haqda “RIA Novosti” məlumat yayıb.
Bildirilir ki, Vuçiç Tokayevin dəvəti ilə rəsmi səfərlə Astana şəhərinə gəlib.
Birgə mətbuat konfransında Serbiya rəhbəri Qazaxıstanın xüsusi təyinatlı bölmələrinin hazırlığını yüksək qiymətləndirib və təcrübə mübadiləsinə maraq göstərib.
"Qazaxıstan bu sahədə dünya üzrə ən yaxşıdır. İstərdim ki, bizə də öyrədəsiniz”, – deyə serb lider qeyd edib.